Çinin xarici işlər naziri Van İ bildirib ki, Koreya Xalq Demokratik Respublikası ilə bağlı problemin həlli təkcə sanksiyalarla mümkün deyil. Çünki bu, məsələyə yarımçıq yanaşmadır. Bu cür kompleksli məsələ sülh danışıqlarının və ölkə ilə dialoqun aparılmasını tələb edir.
Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hazırda BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın təklif etdiyi və sanksiyaları daha da sərtləşdirməyi tələb edən yeni qətnamə layihəsini müzakirə edir.
Van İ bildirib ki, Koreya yarımadasının nüvə probleminə sanksiyalarla təzyiq məsələnin yalnız yarımçıq həllidir, məsələnin digər həlli isə məhz dialoqun yaradılmasıdır. Yalnız bu üsulla problemi uğurla həll etmək olar.
Onun sözlərinə görə, KXDR-ə qarşı beynəlxalq təşkilatlar tərəfindən atılan istənilən addım həm Pxenyanın nüvə proqramının məhdudlaşdırılmasına, həm də tez bir zamanda dialoqun bərpa edilməsinə yönəlməlidir.