XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 16:08

Baş nazir:"Putinlə Yaponiya və Rusiya arasında sülh müqaviləsini imzalamağ qərar verdik"

"Rusiya-Yaponiya münasibətlərində ən başlıcası sülh müqaviləsinin imzalanmasıdır".
 
APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe Vladivostokda keçirilən Şərq İqtisadi Forumundakı çıxışında bildirib. O, Rusiya prezidenti Vladimir Putinlə Rusiya və Yaponiya arasında sülh müqaviləsinin imzalayacaqlarına dair razılığa gəldiklərini deyib: "Bu dəfə qərara gəldik ki, məhz öz əllərimizlə sülh müqaviləsini imzalayaq". 
 
Qeyd edək ki, Rusiya və Yaponiya II Dünya müharibəsinin sonunda 4 ada ilə bağlı anlaşılmazlığa son qoyacaq rəsmi sülh sazişini imzalamayıb.