XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 20:07

Gürcüstanda güclü külək ciddi fəsadlar törədib- FOTO

Gürcüstanda güclü külək paytaxt Tbilisi və Rustavi şəhərində ciddi fəsadlara səbəb olub.  
 
APA-nın yerli bürosunun məlumatına əsasən, güclü külək nəticəsində Tbilisinin bəzi mərkəzi küçələrində bir neçə iri gövdəli ağac maşınların və  elektrik xətlərinin üzərinə aşıb. Nəticədə maşınlara ciddi ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb. 
 
Güclü külək Rustavi şəhərində reklam lövhəsinin aşmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Küləyin yaratdığı fəsadlarla bağlı vətəndaşlardan Fövqəladə Halların İdarə Olunması Agentliyinə çoxlu sayda zəng daxil olub.
 
Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyinin Hidrometeorologiya Mərkəzi küləyin sürətinin axşam saatlarında daha da güclənəcəyi barədə xəbərdarlıq edib.
 
Küləyin sürətinin sentyabrın 8-dən etibarən tədricən azalacağı gözlənilir.