XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 19:53

Tramp Putini BMT-də islahatlar üzrə zirvə toplantısınadəvət etmədi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Nyu-Yorkda keçiriləcək dünya liderlərinin BMT-nin islahatı üzrə zirvə toplantısına dəvət etməyib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.
 
“Bildiyimə görə, tədbirdə iştirakla bağlı dəvət daxil olmayıb”, deyə jurnalistlərin suallarını cavablandıran Y.Uşakov bildirib.
 
ABŞ prezidenti Donald Tramp bu ay Nyu-Yorkda BMT-nin islahatı üzrə dünya liderlərinin zirvə toplantısını keçirmək niyyətindədir. Tədbirin BMT Baş Assambleyasının 72-ci sessiyası ərəfəsində keçiriləcəyi nəzərdə tutulub.
 
Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də başlayacaq.