XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 20:32

Polşa Avropa İttifaqını tərk edəcəkmi?- Baş nazirdən cavab

Polşa hökuməti ölkənin Avropa İttifaqını (Aİ) tərk etməsi məsələsinin müzakirəsinə heç vaxt razı olmayacaq.

Trend-in məlumatına görə, bunu Polşanın Baş naziri Beata Şidlo bəyan edib.

Bununla yanaşı, o qeyd edib ki, Polşa Aİ-nin daxilində islahatların həyata keçirilməsini zəruri hesab edir.

Onun fikrincə, Aİ daxilində həmrəylik, ümumi bazar və üzv ölkələrin daxili siyasətinin suverenliyinə yanaşma məsələlərində islahatlar keçirilməlidir.