XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2017 - 20:21

Misir “Human Rights Watch”u təkzib etdi:"Həbsxanalarımızda işgəncə halları yoxdur!"

Misirin İnsan Hüquqları Milli Şurasının sədri Məhəmməd Fayek “Human Rights Watch” təşkilatının guya bu ölkənin həbsxanalarında və istintaq təcridxanalarında işgəncə hallarının olmasına dair məlumatını təkzib edib.

Azərtac xəbər verir ki, Məhəmməd Fayek mətbuat üçün bəyanatında həbsxanalarda və istintaq təcridxanalarında işgəncə hallarının olmadığını qeyd edib və “Human Rights Watch” təşkilatını bununla bağlı daxil olan məlumatları və məruzələri yoxlamağa çağırıb.

M.Fayek, həmçinin vurğulayıb ki, Misirin İnsan Hüquqları Milli Şurası bundan əvvəl işgəncələrin olmaması barədə açıqlama verib. Şuranın “Human Rights Watch” təşkilatının vəzifəli şəxslərinə göndərdiyi məktubda yuxarıda qeyd edilənlərlə yanaşı, vurğulanıb ki, Şura KİV-in bütün materiallarını həmişə izləyir, insan hüquqlarının pozulması barədə istənilən şikayətə münasibət bildirərək onu dövlət orqanlarına təqdim edir, dövlət orqanları isə dərhal müvafiq təhqiqat aparmağa başlayırlar.