XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 10:55

İŞİD-ə qoşulmuş Tacikstan OMON-un sabiq komandiri öldürüldü –Rusiya Müdafiə Nazirliyi

Rusiya aviasiyasının Deyr-əz-Zorda terrorçuların komanda məntəqələrinə zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının "hərb naziri" Qulmurod Halimov məhv edilib.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Q.Halimovdan başqa, 3 səhra komandirinin də zərərsizləşdirildiyi bildirilir. RF Hərbi Kosmik Qüvvələri zərbələri nəticəsində, həmçinin 40 döyüşçü məhv edilib.

Strateq.az bildirir ki, Qulmorad Halimov Tacikstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin keçmiş komandiridir. Polkovnik Halimov 2015-ci ildən İŞİD-ə qoşulub.