Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi. Meksikanın Milli Seysmoloji xidmətinin dəqiqləşdirilmiş məlumatına əsasən, sentyabrın 8-ə keçən gecə qeydə alınan yeraltı təkanların maqnitudası 8,2 olub.
Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.