Meksikada zəlzələ qurbanlarının sayı 61-ə çatıb. Habelə 1142 məktəbə ziyan dəyib.
Azərtac TASS-a istinadla xəbər verir ki, ölkədə üçgünlük matəm elan edilib. Meksika Prezidenti Enrike Penya Nyeto zəlzələdən ən çox ziyan çəkmiş Xuçitan bələdiyyəsinə baxdıqdan sonra bunu elan edib.