XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2017 - 19:30

İran prezidenti:"İslam dünyası Myanmarda baş verən cinayətlərin qarşısında səssiz dura bilməz"

İran prezident Həsən Ruhani bu gün Qazaxıstana səfər edib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, H.Ruhani İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəhbərlərinin Qazaxıstanda  keçiriləcək toplantısında iştirak edəcək.
 
H.Ruhani səfərdən öncə jurnalistlərə açıqlamasında  bildirib ki, Astanada  keçiriləcək iclas çərçivəsində İƏT-ə üzv ölkələrin rəhbərlərinin Myanmardakı vəziyyəti müzakirə etmək üçün görüşü baş tutacaq:
 
"Bu gün Myanmada böyük insani faciə, dini və irqi təmizləmə həyata keçirilir. Yüzlərlə müsəlman öz evlərindən didərgin düşüb. İslam dünyası bu cinayətlərin qarşısında səssiz dura bilməz".
 
H.Ruhani Myanmarda baş verən cinayətlərə görə beynəlxalq qurumların sükutunu tənqid edib: "Myanmar hökuməti və ordusuna təzyiqlər artırılmalıdır. Beynəlxalq təşkilatlar daha aktiv olmalıdırlar. Bu ölkənin qonşuları, o cümlədən Çin və Banqladeş qaçqınlara yardım məsələsində əməkdaşlıq etməlidir".
 
H.Ruhani deyib ki, Astanada keçiriləcək iclasda İƏT ölkələri rəhbərləri əsasən elm və texnologiyalar mövzusunda müzakirələr aparacaqlar: "Yoxsulluq, işsizlik, ərzaq çatışmazlığı, ekologiya, su və energetika problemlərini elm və texnologiyaların sayəsində həll etmək mümkündür”.
 
Qeyd edək ki, elan olunmuş proqrama əsasən, İran prezidenti Həsən Ruhani yaxın zamanlarda BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu Yorka səfər edəcək.