XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2017 - 19:59

Moskva 870 illik yubileyini qeyd edir- FOTO

Hər il sentyabrın ikinci şənbə günü Rusiya paytaxtında Şəhər Günü kimi qeyd olunur. Şəhər gününün bayram edilməsi barədə qərar hələ SSRİ dövründən – 1986-cı ildə, Boris Yeltsin Kommunist Partiyasının Moskva komitəsinin sədri olduğu vaxtlarda qəbul edilib.

Bu il Rusiya paytaxtı 870-ci payızını yaşayır. Moskva bayram münasibətilə al-əlvan bəzədilib, şəhərin sakinləri və qonaqları üçün müxtəlif əyləncəli tədbirlər nəzərdə tutulub.

Yubiley tədbirləri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Qızıl meydanda çıxış edib. O qeyd edib ki, yeni, qeyri-adi ideyalar, biznes-layihələr, mədəniyyət sahəsində təşəbbüslər üçün açıq olan Moskva müxtəlif mədəniyyətlərin, ənənələrin birləşdiyi məkandır.

Bayram tədbirləri axşam atəşfəşanlıqla başa çatacaq(azərtac).