XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2017 - 20:08

“Brexit” əleyhdarları Londondanümayiş keçirib

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının (Brexit) əleyhinə olan minlərlə etirazçı bu gün London küçələrinə çıxıblar.

"Report" xəbər verir ki, "Avropa naminə xalq yürüşü" adlandırılan aksiyanın iştirakçıları Trafalqar meydanından keçərək öz narazılıqlarını bildirmək üçün Britaniya Nazirlər Kabinetinin rəhbəri Tereza Meyin Dauninq-stritdəki iqamətgahı qarşısına toplaşıblar.

Nümayişçilər daha sonra Parlament meydanına toplaşmaq niyyətindədirlər.

Nümayiş bazar ertəsi İcmalar palatasında keçirilməli olan səsverməyə həsr olunub. Səsvermə Böyük Britaniya ərazisində Aİ qanunvericiliyinin fəaliyyətini ləğv edən qanun layihəsi ilə bağlı olacaq.