XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2017 - 20:19

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı61 nəfərə çatıb

Meksika sahillərində 8,2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Enrike Penya Nyeto bildirib.  
 
Qeyd edək ki,  8,2 bal gücündə zəlzələ ötən gün saat 04.49-da (Bakı vaxtı ilə 08.49-da baş verib. Zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, yerin səthindən 33 km dərinlikdə qeydə alınıb.  
 
Zəlzələdən sonra sunami xəbərdarlığı verilib.