XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

10 Sentyabr 2017 - 10:42

Meksikada növbəti zəlzələ olub- 5,7 bal

Meksika sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın geoloji xidməti məlumat yayıb.

Zəlzələnin episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə, ocağı 53 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 8-də Meksikada baş verən 8 bal gücündə zəlzələ nəticəsində 60-dan çox insan həlak olub. Ölkədə üç günlük matəm elan edilib.