XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2017 - 11:58

Merkel:"Almaniya Şimali Koreya böhranının tənzimlənməsində vasitəçi olmağa hazırdır"

İranın nüvə danışıqları ilə bağlı danışıqlar formatı Şimali Koreyaya münasibətdə də tətbiq edilə bilər.
 
APA-nın məlumatına görə, bunu  bu gün Almaniya xarici işlər naziri Angela Merkel “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc edilən müsahibəsində bildirib.

Merkel Almaniyanın bu formatda iştirak etməyə hazır olduğunu nəzərə çatdırıb: “Əgər bizim danışıqlarda iştirakımız tələb olunarsa, mən dərhal razılaşacam”.

Merkel xatırladıb ki, İranın nüvə proqrammı ilə əlaqədar danışıqlar kansler olandan əvvəl başlayıb, ancaq yalnız 2015-ci ildə uğurla başa çatıb: “Bu məsələdə diplomatiya mühüm rol oynayıb. Şimali Koreya üçün də belə format mümkündür. Avropa, xüsusən Almaniya Şimali Koreya probleminin tənzimlənməsində iştirak etməyə hazır olmalıdır. Böhran müharibə deyil, yalnız diplomatiya yolu ilə həll oluna bilər”.

Qeyd edək ki, Şimali Koreya sentyabrın 3-də qitələrarası raketlər üçün döyüş başlığı kimi istifadə edilə biləcək hidrogen bombasını sınaqdan keçirib. Bu, beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. ABŞ prezidenti Donald Tramp ABŞ-ın Şimali Koreya ilə ticarət əlaqələri olan ölkələrlə ticari əlaqələrini tam kəsilməsi variantını nəzərdən keçirdiklərini açıqlayıb.