XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

10 Sentyabr 2017 - 12:27

Ərdoğan Qüdsdən və Arakandandanışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsdə islam müqəddəs yerlərinə qarşı təxribatların qarşısının alınması və Myanma müsəlmanlarına qarşı dözümlü olmağa çağırıb.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə lideri Astanada İslam Əməkdaşlığı Təşkilatının (İƏT) elm və texnologiya üzrə sammitin açılışında çıxış edərkən deyib.

Ərdoğan Myanmanın Arakan əyalətində roxinya xalqından olan müsəlmanların qətllərindən danışıb. aid, diqqətini cəlb etmişdir.

Onun sözlərinə görə, Türkiyə regionda baş verən humanitar dramın qarşısının alınması məqsədilə Banqladeş və Myanma hakimiyyətləri ilə əməkdaşlıq etməyə hazırdır. Ərdoğan qeyd edib ki, Ankara Myanmadakı qətllər və təzyiqindən qaçan müsəlmanların qəbul məsələsində Dəkkəyə dəstək olmağa hazır olduğunu bildirib.

Türkiyənin dövlət başçısı Fələstində olan vəziyyətdən də danışıb.

Onun sözlərinə görə, İƏT ölkələri Əl-Əqsa məscidinə qarşı hörmətsizlik, təhriki və təxribatların istənilən formaların qarşısının alınması ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirməlidir.