XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

10 Sentyabr 2017 - 14:13

Stoltenberq:"NATO Koreya yarımadasında böhranın tənzimlənməsi ssenarisinə baxır"

NATO Koreya yarımadasında böhranın tənzimlənməsi ssenarisinə baxır.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu bu gün NATO baş katibi Yens Stoltenberq bəyan edib.
 
Stoltenberq deyib ki, Şimali Koreyanın düşüncəsiz davranışı qlobal təhlükədir və NATO xətti ilə birgə cavab tələb edir: “Biz hazırda böhranın sülh yolu ilə tənzimlənməsinə diqqət yönəltmişik”.
 
Qeyd edək ki, Şimali Koreya sentyabrın 3-də qitələrarası raketlər üçün döyüş başlığı kimi istifadə edilə biləcək hidrogen bombasını sınaqdan keçirib. Bu, beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. ABŞ prezidenti Donald Tramp ABŞ-ın Şimali Koreya ilə ticarət əlaqələri olan ölkələrlə ticari əlaqələrini tam kəsilməsi variantını nəzərdən keçirdiklərini açıqlayıb.