Ötən gecə İtaliyada torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb.
APA-nın “Ansa” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər İtaliyanın mərkəz qismində yerləşən Livorno şəhərində evlərin birinin zirzəmisindən 4 nəfər, ətraf qəsəbələrdən birindəki evdən isə bir nəfərin cəsədini aşkarlayıb.
Eyni zamanda 3 nəfərin itkin düşdüyü açıqlanıb.
Sosial səhifələrdə paylaş