XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2017 - 16:54

İƏT ilə Türk Şurası arasında anlaşmaMemorandumu imzalanıb

Astanada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında Anlaşma Memorandumu imzalanıb.
 

Türk Şurası katibliyindən APA-ya verilən məlumata görə, Memorandum İƏT-in elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində İƏT baş katibi Yusif Əl-Osaymin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov tərəfindən imzalanıb.
 
İki təşkilat arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək memorandum, həmçinin Türk Şurasının İƏT-ə müşayiətçi statusu ilə üzvlüyünə əsas verir.