XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2017 - 18:26

İran hərbi kateri ABŞ hərbi gəmisinəxəbərdarlıq edib

Bu gün İran Hərbi Dəniz Qüvvələrinin kateri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq edib.
 
APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, İranın “Şams” balıqçılıq gəmisi texniki problemlə əlaqədar Fars körfəzində, Cask limanından 72 km məsafədə batma təhlükəsi ilə üzləşib.
 
Xilasetmə əməliyyatı üçün İran Hərbi Dəniz Qüvvələrinin “Falaken” kateri göndərilib. Xilasetmə əməliyyatı zamanı ABŞ hərbi gəmisi balıqçılıq gəmisinə yaxınlaşıb. Bununla əlaqədar “Falaken” katerinin heyəti ABŞ hərbi gəmisinə xəbərdarlıq edib və ABŞ hərbi gəmisi həmin rayonu tərk etmək məcburiyyətində qalıb.