XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2017 - 19:41

Saakaşvili Polşa-Ukrayna sərhədini növbəti dəfəkeçməyə cəhd edəcək

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini qatarla keçmək cəhdi baş tutmayıb.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili Polşanın Pşemıslye yaşayış məntəqəsində qatardan düşürülüb.
 
Ukrayna vətəndaşlığından məhrum edilmiş M. Saakaşvili yenidən öncəki planına qayıdıb və sərhədi avtomobil sərhəd-keçid məntəqəsindən keçməyə qərar verib. M. Saakaşvilinin tərəfdarları onu “Krakoveç” sərhəd-keçid məntəqəsində  qarşılamaq üçün Mostiska yaşayış məntəqəsinə toplaşıblar. M. Saakaşvili keçirdiyi mətbuat konfransında deyib ki, qanuni yolla Ukrayna ərazisinə daxil olmağa çalışacaq: “Bunun üçün mənə ukraynalı sərhədçilərlə əlaqə yaratmaq lazımdır. Dəmir yol vağzalında bunu etmək mümkün olmadı. ”.
  
Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.