Vaşinqton Əfqanıstandakı «Baqram» hərbi bazasında 6 əsgərinin öldürüldüyünü təsdiqləyib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev amerikalı əsgərlərin həlak olması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ ölənlərin yaxınlarına başsağlığı verir və onların yanında olduğunu bəyan edir. O da bildirilir ki, Vaşinqton əvvəlki kimi əfqan xalqına dəstəyini davam etdirəcək.
Xatırladaq ki, dünən Birləşmiş Ştatların Əfqanıstandakı hərbi bazasında «canlı bomba» özünü partladıb. Partlayış zamanı 6 əsgərin öldüyü, 3-nün yaralandığı bildirilir.
Terror aktına görə, məsuliyyəti «Taliban» təşkilatı öz üzərinə götürüb. Taliblər iddia edir ki, hadisə zamanı 6 yox, 19 hərbiçi həlak olub.