Böyük Britaniyanın Birminqem şəhərində kilsədə qəsdən qətl törətməyə cəhddə şübhəli bilinən 46 yaşlı naməlum şəxs həbs edilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda rayonun polisi xəbər verib.
Məlumata görə, hadisə nəticəsində 33 yaşlı kişi xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.