XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 08:12

Putini təriflədi, partiyası “topa tutdu”: “Sülənən it kimidir…”

«Donald Tramp sülənən it kimidir. Kim sığallasa, onun arxasınca gedəcək. Putin onu tərifləyr, dərhal onu sevir. Bu çox kədərli və utancvericidir. Trampın ciddi kompleksləri var. Haradan gəlməsinin fərqi yoxdur, ona tərif və diqqət lazımdır».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasının prezidentliyə keçmiş namizədlərindən Mitt Romninin köməkçisi Stüart Stivens deyib.

Trampın Putini tərifləməsi əksər respublikaçılar arasında şok effekti və ciddi narazılıq yaradıb.

Xatırladaq ki, Rusiya prezidenti Trampı  parlaq və istedadlı adam adlandırandan sonra qarşı tərəfdən bu komplimentə cavab gəlib.

Tramp son çıxışlarının birində bildirib ki, Putini alqışlayır və hesab edir ki, Obamadan fərqli olaraq Rusiya prezidenti əsl liderdir.

Jurnalistlərin Putinin siyasi qətllərdə əlinin olması, ölkəsindəki müxalifyönlü siyasiləri və jurnalistləri öldürtməsi barədə suallarına isə, Tramp belə cavab verib:

«Putinin kimisə öldürtdüyünü heç kim sübut etməyib. O özü də bunu inkar edir. Təqsiri sübut olunmayana qədər insanı nədəsə ittiham etmək olmaz. Bu, ən azı bizim ölkədə belədir».