Mixail Saakaşvili Ukraynada yeni mətbuat konfransı keçirib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, siyasətçi Ukrayna polisini onun pasportunu oğurlamaqda ittiham edib: “Dünən Polşa sərhədini leqal Ukrayna pasportu ilə keçdim. İnsanlar məni əllərinin üstündə Ukraynaya aparan zaman pasportum avtobusda qalmışdı. Dərah avtobusda axtarış aparan ukraynalı polislər onu oğurlayıb” – deyə Saakaşvili deyib.
O, sərhədi keçdiyinə görə özünü cinayətkar saymadığını da vurğulayıb.