XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

12 Sentyabr 2017 - 12:32

Amerika kino tarixindəyeni rekord

Amerika prokatında rejissor Andres Muskettinin “O” qorxulu filmi yeni rekord müəyyənləşdirib.

Azərtac lenta.ru saytına istinadla xəbər verir ki, sentyabrın ilk həftəsonu ərzində ABŞ kinoteatrlarında filmin nümayişindən 117,2 milyon dollar əldə olunub. Bu, 2011-ci ildə sentyabrın ilk istirahət günləri 52,6 milyon dollar qazandırmış “Paranormal hadisə 3” filminin gəlirindən iki dəfə çoxdur.

Film, həmçinin sentyabr premyeraları tarixində rekord müəyyənləşdirib. Buna qədər ən çox qazanc gətirən 2015-ci ildə nümayiş olunan “Divlər tətildə” komediya filmi olub.