XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2017 - 14:37

Tehranda avtobus dərəyə aşıb- 11 nəfər ölüb

Tehranın şimal-şərqindəki Cacrud bölgəsində avtobus dərəyə aşıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 11 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Yerli vaxtla saat 02:30 radələrində Kərəcdən Sari şəhərinə gedən sərnişin avtobusu yoldan çıxaraq Cacrud körpüsü yaxınlığında 50 metrlik dərəyə aşıb. 
 
İlkin məlumata əsasən, hadisənin baş verməsinə avtobusda yaranmış texniki nasazlıq səbəb olub. “Volvo” markalı avtobusda 37 sərnişin, 2 sürücü və bir yardımçı sürücü olub.