XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

12 Sentyabr 2017 - 16:13

Dörd ərəb ölkəsi Qətərlə bağlı növbəti bəyanat verdi:“20 ildir terroru dəstəkləyir”

Qətər xarici işlər nazirinin İnsan Hüquqları Şurasında etdiyi iddiaların  rədd edilməsi ilə bağlı Antiterror koalisiyasına daxil olan dövlətlər tərəfindən bəyanat qəbul edilib.

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyindən Strateq.az saytına daxil olan məlumatda bildirilir ki, Səudiyyə Krallığı, Birləşmiş Ərəb Əmirlikləri dövləti, Bəhreyn Krallığı və Misir Ərəb Respublikası Qətər xarici işlər naziri Məhəmmədin bin Əbdürrəhman Al Taninin İnsan Hüquqları Şurası qarşısında etdiyi çıxış, Qətərin böhranın həqiqəti ilə bağlı beynəlxalq ictimai rəyi azdırmaq cəhdini əks etdirir.

BƏƏ-nin BMT-də və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi səfir Ubeyd Salim əz-Zəabi tərəfindən İnsan Hüquqları Şurasının 36-cı sessiyasında təqdim etdiyi birgə bəyanatda bildirilir: “Qətər nazirinin öz hökumətinin dialoqa hazır olduğu iddia etməsi, onun öz aqressiv siyasətini dəyişdirmədən beynəlxalq ictimaiyyət və ictimai rəy qarşısında imicini yaxşılaşdırmaq cəhdidir. Bu dörd dövlət Qətər xarici işlər nazirinin bəyanatında faktların saxtalaşdırılması cəhdinə cavab vermək haqqından istifadə edərək bildirir ki, bu Qətərin siyasi böhranın həqiqəti ilə bağlı beynəlxalq ictimaiyyət və ictimai rəyi davamlı azdırmaq cəhdini əks etdirir. Bundan əlavə o, terrorizm, ekstremizm və nifrətçilik yayan çıxışları dəstəklənməsi və maliyyələşdirməsi, pozuculuq salması, dövlətlərin daxili işinə qarışması faktını inkar etmək siyasətini yürüdür”.

Bəyanatda daha sonra bildirilir: “Biz Qətərin bir çox illərdir sistematik şəkildə radikal ideologiyalara və terrorizm ideyalarına dəstək verməyinə, zorakılığa rəvac verməyinə və nifrət təbliğ edən çıxışları yaymağına son qoyulması zərurətini vurğulayırıq. İyirmi ildir Qətər ekstremizm və terrorizmi dəstəkləyən bir platforma quraraq, terror ideologiyasının təşviqi ilə məşğul olmuş və bu ideologiyaya qulluq edən və bəziləri artıq beynəlxalq terrorizm siyahısında olan şəxsləri maliyyə dəstəyi, təhlükəsiz sığınacaq ilə təmin edib. Həmin şəxslərin terror fəaliyyətinin təsiri bölgənin bir çox hökumətləri və xalqlarını əhatə etmiş, eləcə də onun xaricində yerləşən digər ölkələrin xalqlarına  qədər gedib çıxıb. Buna misal, Yaxın Şərqdən kənarda yerləşən bir qrup qardaş və dost ölkələrin Qətərə qarşı oxşar tədbirləri görməsidir”.

L.SƏMLA

Strateq.az