XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2017 - 19:08

Parisdə etiraz aksiyası- Polis gözyaşardıcı qazdan istifadə edib

Parisdə etiraz aksiyası keçirilib.
 
APA-nın RİA "Novosti”-ə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları əmək qanunvericiliyinə təklif olunan dəyişikliklərə etirazlarını bildirirlər.
 
On minlərlə insan Bastiliya meydanından İtaliya meydanına doğru irəliləyib.
 
Aksiyaçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaşanıb.
 
Məlumata görə, polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. 
 
Bu gün Fransanın Marsel, Kan, Monpelye, Bordo, Lion və digər şəhərlərində də etiraz mitinq-yürüşləri keçirilib.
 
Növbəti kütləvi aksiya sentyabrın 21-nə planlaşdırılır.