XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2017 - 18:16

Azərbaycanlı zəvvarları Həcc ziyarətindən gətirəcək təyyarələr niyə gecikib?- Səbəbi məlum oldu

“Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanından gətirəcək təyyarənin gecikməsinə səbəb Mədinə hava limanının sıx qrafiklə çalışması olub”.
 
Bunu “APA-Economics”ə açıqlaması zamanı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin köməkçisi Paşa Kəsəmənski bildirib.
 
P.Kəsəmənskinin sözlərinə görə, zəvvarlar ölkəyə 3 saat gecikmə ilə gələcəklər.
 
“Biz oradan çıxmağa hazır idik. Sadəcə hava limanının sıx qrafik ilə çalışması zəvvarların gecikməsinə səbəb olub. Sıxlıq olduğundan AZAL-ın təyyarəsi oradan havaya 3 saat gec qalxıb. Cədvəl üzrə təyyarə 19:10-da Bakıya enəcək”, – deyə P.Kəsəmənski əlavə edib.