İran 2022-ci ilədək neft hasilatının sutkada 4,5 milyon barrelədək artacağını gözləyir.
Trend-in məlumatına görə, bunu İranın Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor deyib.
Hazırda İranda neft hasilatının həcmi sutkada 3,8 milyon barrelə bərabərdir.
Sanksiyalardan əvvəl İranda hasilat həcmi sutkada 4 milyon barreldən bir qədər çox təşkil edirdi.