XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2017 - 21:01

İraq və Suriyada İŞİD üçün 2,5 minə yaxınavropalı döyüşür

İraq və Suriyada İŞİD terror təşkilatı tərəfində 2,5 minə yaxın avropalı döyüşür.

Azərtac xəbər verir ki, bunu Avropa İttifaqının terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Jil de Kerşov Almaniyanın Welt qəzetinə müsahibəsində bildirib.

Əvvəllər İraq və Suriyada beş minədək avropalının vuruşduğunu bildirən Kerşov deyib: “Onların 1,5 min nəfəri qayıdıb, min nəfərə qədəri həlak olub. Qalan 2,5 min nəfərin çoxu döyüşlərdə öləcək, yaxud İŞİD tərəfindən qətlə yetiriləcək. Çünki bu təşkılat fərarilərə dözmür”.

Koordinator gələcəkdə Avropaya çoxlu miqdarda İŞİD yaraqlısının qayıdacağını gözləmədiyini də bildirib: “İŞİD-in Mosuldakı qalaları dağıldıqdan sonra Avropaya az sayda yaraqlı qayıtdı. Bizim əndişələrimiz özünü doğrultmadı. Düşünmürəm ki, bundan sonra Avropaya çoxlu silahlı qayıtsın”.