XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2017 - 09:13

Venesuela prezidenti müxalifətlə danışıqlarda iştirak edəcəyini açıqlayıb

Venesuela prezidenti Nikolas Maduro ölkə hökumətinin müxalifətlə danışıqlarda iştirak edəcəyini bildirib.

“RİA Novosti”nin  verdiyi məlumata görə, danışıqların təşəbbüskarı İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero və Dominikan respublikasının prezidenti Danilo Medina olub.

Maduronun sözlərinə görə, müxalifətlə görüşdə onu Venesuela hökumətinin nümayəndə heyətinə rəhbərlik edəcək Xorxe Rodriges təmsil edəcək.