XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2017 - 09:32

Rusiyanın müdafiə naziri Bəşər Əsədlə görüşüb –FOTO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

 “Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə sentyabrın 12-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edərək, Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb”, – deyə məlumatda bildirilir.  

 Görüş zamanı tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlığı və Suriyadakı vəziyyətin sabitləşdirilməsini müzakirə ediblər.