XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2017 - 12:15

Myanma müsəlmanlara qarşı “etnik təmizləmə” ittihamını rədd edib –“Bu ittihamlar  yanlışdır"

Myanma BMT-nin insan hüquqları nümayəndəsinin Rohinca müsəlmanlarına qarşı "etnik təmizləmə aparması" barədə sözlərinə narazılığını bildirib.

BBC radiosunun məlumatına görə, ölkənin BMT-dəki səfiri Raxin vilayətində Rohinca üsyançılarını zorakılıqda ittiham edib və bildirib ki, Myanma (Birma) heç vaxt bu cür vəhşiliklərlə razılaşmayacaq.

Ötən ayın sonundan bəri gərginləşən vəziyyətlə əlaqədar təxminən 370 min Rohincalı Banqladeş sərhəddini keçib. BMT Təhlükəsizlik Şurası çərşənbə günü bu böhranı müzakirə etmək üçün görüşməlidir. Myanma ordusu Rohinca döyüşçüləri ilə mübarizə apardığını və dinc sakinləri hədəflədiyini təkzib edib.

Amma avqustun 25-də qaçmış insanların bir çoxu deyirlər ki, qoşunlar Rohinca silahlılarının hücumlarına, kəndlərin yandırılması və amansız zorakılıq kampaniyası vasitəsilə sakinlərin həmin ərazilərdən çıxarılması ilə cavab verib.

Buddistlərin çoxluq təşkil etdiyi Raxin vilayətində yaşayan Rohincalar onları qanunsuz miqrantlar adlandıran Myanmada uzun müddətdir ki, təqiblərlə üzləşiblər.

Bazar günü BMT-nin İnsan Hüquqları qurumunun başçısı Zeid Raad al-Hussein Myanmada Rohinca müsəlmanlarını hədəfləyən təhlükəsizlik əməliyyatının "etnik təmizləmə üzrə klassik misala bənzədiyini" bildirib. Növbəti gün isə Myanmanın BMT-dəki səfiri Htin Lynn bildirib ki, bu ittihamlar "faydasız və yanlışdır".

"İnsanlığa qarşı cinayətlər və etnik təmizləməyə dair sözlər çox ciddi çalarlar daşıyır. Onlar yalnız ən məsuliyyətli şəkildə istifadə oluna bilərlər və onlar yalnız hüquqi və məhkəmə qərarlarında təsis edilə bilərlər,"  -deyə o, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında bildirib.

"Demokratik Myanma heç vaxt bu cür vəhşilikləri ilə barışmayacaq", – deyən rəsmi Myanma həmin sözlərə "qəti etiraz" etdiyini bildirib.