XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 16:31

Yunanıstan səfirini geri çağırdı – Prezidentin sözləri narazılıq yaratdı

Yunanıstan çexiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Afinanı narazı salan çexiya prezidenti Miloş Zemanın Yunanıstanla bağlı səsləndirdiyi fikirlərdir.

Praqadakı Yunanıstan səfirliyindən bildiriblər ki, artıq səfir Afinaya yola düşüb.

Xatırladaq ki, ötən həftə prezident Miloş Zeman Yunanıstan rəhbərliyinin ölkənin avrozonadan çıxmayacağı ilə bağlı bəyanatından təəssüfləndiyini bildirmişdi. çexiya prezidenti onu da qeyd etmişdi ki, Yunanıstan avrozonadan çıxan günün sabahısı çexiya avroya keçəcək.

Yunanıstan Xarici İşlər Nazirliyi Zemanın bu fikirlərinə cavab olaraq bildirmişdi ki, çexiya Avropa Birliyinə Afinanın hesabına üzv olduğunu unutmamalıdı.