XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 17:40

Dünyanın ən populyar siyasətçiləri – Siyahı

Dünya əhalisinin ən yaxşı tanıdığı siyasi lider ABŞ prezidenti Barak Obamadır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu «WIN/Gallup International» araşdırma mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb. 

Araşdırma zamanı məlum olub ki, sorğuda iştirak edənlərin 59 faizi ABŞ prezidentini dünyanın ən tanınmış siyasətçisi hesab edir. 

Siyahının ikincisi 42 faizlə Almaniya kansleri Angela Merkel, üçüncüsü 37 faizlə Britaniya baş naziri Devid Kamerondur. 

Rusiya prezidenti Vladimir Putin isə 33 faizlə siyahının dördüncü pilləsində qərarlaşıb.