XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 04:54

Türkiyədə növbəti terakt: yaralılar var

Türkiyənin İstanbul şəhərində “Sabiha Gökçen” beynəlxalq hava limanında bu gecə partlayış baş verib.

Strateq.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, naməlum səbəbdən baş vermiş partlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yerli vaxtla saat 02.15-də (Bakı vaxtıyla 04.15) meydana gələn hadisənin təyyarələrin parklandığı apronda baş verdiyi bildirilir. Partlayış zamanı yaralananların hava limanının xadimələri 33 yaşlı Canan çelik Burgucu və 30 yaşlı Zəhra Yamaç olduğu bildirilib. Yaralılar “Marmara” universitetinin Pendik təlim və araşdırma xəstəxanasına çatdırılıblar. Xəstəxanadan Zəhra Yamacın vəziyyətinin ağır olduğu bildirilib.

Hava limanı polisi faktla bağlı araşdırmalara başlayıb. Hazırda reyd keçirən polis hava limanına daxil olan və çıxan bütün avtomobillərdə axtarış aparır.