Türkiyə Şimali İraq Kürd Muxtariyyatının referendum qərarına sərt reaksiya verib.
Türkiyə XİN Şimali İraq Kürd Muxtariyyatını bir an əvvəl belə bir səhvdən vaz keçməyə dəvət edib.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: "İraq təmsilçilər məclisinin Şimali İraq Kürd Muxtariyyatı tərəfindən nəzərdə tutulan müstəqillik referendumunun qanunsuz olduğu və bu cəhdin rədd edildiyi barədə 12 sentyabr tarixində qəbul etdiyi qərarı məmnuniyyətlə qarşıladıq. Şimali İraq Kürd Muxtariyyatına bu qərarı nəzərə almağı tövsiyyə edirik. Onların israrcı davranışlarından narahatçılıq keçiririk. Onların bu tövsiyyələr qarşısında israr etmələrinin mütləq bir cavabı olacağını vurğulayırıq"/Ölkə.az.