Suriyanın Rəqqa şəhəri ətrafında İŞİD-in bu şəhər üzrə hərbi əmiri 4 silahlı ilə “Suriya Demokratik Qüvvələri” adlandırılan qüvvələrə təslim olublar.
Bu barədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Rayan Dilon bildirib.
Qeyd edək ki, hazırda İŞİD-in bir müddət “paytaxt”ı hesab edilən Rəqqa şəhərinin azad edilməsi uğrunda döyüşlər davam edir.
Şəhərə humanitar yardımların çatdırılması xeyli çətinləşib. Hazırda döyüşlər Rəqqanın tarixi mərkəzi hesab olunan hissəsində gedir/APA.