XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 10:18

ABŞ ermənilərə yardımdan imtina etdi – Qanun qüvvəyə mindi

Dekabrın 18-də ABŞ Prezidenti Barak Obamanın imzası ilə ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə “ümumi Təxsisatlar Qanunu” qüvvəyə minib.

Bu qanun ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım etməsini nəzərdə tutan heç bir müddəanın olmaması ilə əlamətdar olub.

Belə ki, təxsisatlar qanununda belə bir müddəanın olmasını təmin etmək üçün ABŞ-dakı erməni diasporu və onların Konqresdəki havadarları bütün resurslarını səfərbər ediblər. Lakin bütün bunlara baxmayaraq, ABŞ Konqresi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı müddəanın yekun qanuna və onun əlavəsinə salınmasından imtina edib.

çox əhəmiyyətlidir ki, 2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərməsini nəzərdə tutan müddəanı daxil etməyib. Halbuki 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun təxsisatlar qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə olunan bənd olub.

Son 3 ildə erməni tərəfi Konqresdəki bütün imkanlarından istifadə etməklə bu müddəanın bərpa olunmasına çalışsa da, bu istiqamətdə uğursuzluğa düçar olub. Belə ki, ABŞ Konqresi ötən iki ildə formalaşan status-kvonu saxlamış və ard-arda 3-cü il qəbul etdiyi təxsisatlar qanununda və onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərinə ABŞ dövlət yardımlarının göndərilməsi üçün istifadə edilən müddəanın salınmamasına qərar verib.

Trend