XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2017 - 21:25

NATO Şimali Koreyanın son raket sınağına cavab verilməsinə çağırıb

NATO beynəlxalq ictimaiyyəti Şimali Koreyanın son raket sınağına cavab verməyə çağırıb.

NATO-nun baş katibi Cens Stoltenberq bu gün Twitter hesabında "Şimali Koreynın raket sınağı BMT-nin qətnamələrinə zidd bir addım, beynəlxalq sülhə və təhlükəsizliyinə böyük hədədir. – deyə, yazıb.

​BMT-nin Təhlükəsizlik Şurası isə son insidentlərlə bağlı fövqəladə iclas çağırıb. Şimali Koreyanın buraxdığı raket Yaponiya üzərindən uçaraq Hokkaydo adasının 2000 kilometrliyində Sakit Okeana düşüb. Yaponiyanın Nazirlər Kabinetinin rəhbəri Yoşihide Suqa bildirib ki, Şimali Koreyanın provokasiyaları qəbuledilməzdir və biz o ölkəyə qarşı ciddi etirazımızı bildiririk.

ABŞ və Cənubi Koreya rəsmiləri bildirirlər ki, raket ABŞ-ın Sakit Okean ərazisindəki Quam adasına “çata biləcək məsafədə” uçub. Pentaqon isə bunun orta mənzilli ballistik raket olduğunu, Şimali Koreya, yaxud Quama təhlükə yaratmadığını söyləyib. (Amerikanın səsi)