Beynəlxalq Miqrasiya Təşkilatı dəniz yolu ilə Avropaya gedən miqrant sayının son doqquz ayda təxminən 130 minə çatdığını açıqlayıb.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Aralıq dənizində ölən miqrant sayının isə 2550 olduğu bildirilib.
Miqrantların çoxunun Nigeriyadan gəldiyi qeyd edilib.