İstanbulda İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 74 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə İstanbul şəhər Polis İdarəsinin şənbə günü yaydığı xəbərdə qeyd edilib.
Qeyd olunur ki, İstanbul polisi bu gün səhər saatlarında şəhərin 15 ayrı-ayrı ünvanlarında əməliyyat keçirib.
Məlumata görə, saxlanılanlar hamısı xarici ölkə vətəndaşlarıdırlar, lakin onların şəxsiyyəti və hansı ölkə vətəndaşları olması barədə məlumat açıqlanmayıb.