XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

16 Sentyabr 2017 - 15:18

Çində kriptovalyuta ilə ticarətqadağan edilib

Çin hökuməti yerli kriptovalyuta birjalarına ticarəti dayandırmağı və istifadəçiləri bu barədə barədə xəbərdar etməyi tapşırıb.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

“Bütün ticarət birjaları kriptovalyuta ilə ticarətin dayandırılması barədə xəbərdarlıq yaymalı və yeni istifadəçilərinin qeydiyyatının dayandırılmasını elan etməlidirlər”- deyə hökumətin bəyanatında bildirilib.

Rəsmi Pekin bununla riskləri azaltmağa çalışır. Məsələ ondadır ki, istehlakçılar spekulyasiya imkanları böyük olan və bu il sürətli artım tempi göstərən kriptovalyuta bazarına axın ediblər.