XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2017 - 15:42

Venesuela neftin qiymətini Çin yuanı iləhesablamağa başlayıb

Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsi artıq neftin qiymətini ABŞ dolları ilə deyil, Çin yuanı ilə hesabalyır. 

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Dövlət başçısının sözlərinə görə, bu addımın atılmasına səbəb ABŞ-ın ötən aydan başlayaraq ölkəsinə qarşı tətbiq etdiyi yeni sanksiyalardır. Başqa sözlə, bununla rəsmi Karakas ABŞ-a etirazını bildirir. 

"Onlar böyük ziyan vurub. Biz qorunmağa məcburuq", – deyə N.Maduro qeyd edib. Xatırladaq ki, bir qədər əvvəl Venesuela prezidenti ölkəni "boğan" dollara alternativ valyuta yaratmaq niyyyətini bildirmişdi.