XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

16 Sentyabr 2017 - 19:52

Kanadalı alimlər işığı əks etdirməyənnəhəng planet aşkarlayıblar

Kanadadakı Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində işığı əks etdirməyən səthə malik “qara” planet aşkarladıqlarını açıqlayıblar.

Azərtac Türkiyənin NTV kanalının saytına istinadla xəbər verir ki, Teylor Bellin rəhbərlik etdiyi astronomlar qrupu həmin planetə “WASP-12b” adını veriblər.

T.Bellin sözlərinə görə, “WASP-12b” Günəş sisteminin ən böyük planeti olan Yupiterdən iki dəfə böyükdür. Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin birillik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir. “Qara” planetin səthinin 2600 dərəcəyədək isindiyi, tərkibindəki maddələrin isə işığı udduğu ehtimal edilir. Bununla yanaşı, planetin əks etdirdiyi işığın miqdarını ölçən tədqiqatçılar “WASP-12-b”dən yayılan işığın son dərəcə zəif olduğunu bildirilər.