XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2017 - 20:01

Londonda metro stansiyasıtəxliyyə olunub

Londonda "Fulhem Brodvey" metrostansiyası və ona bitişik olan kinoteatr təxliyyə edilib.

"Report" xəbər verir ki, insanlar müəssisələrdən partlayış təhlükəsi ilə bağlı yayılan məlumatlar səbəbindən çıxarılıb.

Bu barədə məlumat ilk olaraq sosial şəbəkələrdə yayılıb.

Hadisə yerinə fövqəladə xidmət əməkdaşları və polis maşınları cəlb olunub.

"Fulhem Brodvey" dünən qatarda əldəqayırma partlayıcı qurğunun işə düşdüyü "Parsons qrin" stansiyası yaxınlığında yerləşir.