XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2017 - 09:55

Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb –PKK-ya görə

Almaniyanın Ankaradakı səfiri Köln şəhərində PKK-ya dəstək aksiyasının keçirilməsinə görə Türkiyə XİN-ə çağırılıb. 

Bu barədə Türkiyə XİN –in məlumatında bildirilir.

“Almaniya hakimiyyətinin sentyabrın 16-da Köln şəhərində PKK-ya dəstək aksiyasının keçirilməsinə və terrorçuluğun təbliğatına icazə verməsini qətiyyətlə pisləyirik.  Almaniya səfiri XİN-ə dəvət olunub, ona sərt reaksiya bildirilib. Almaniya hakimiyyəti festival adı altında təşkil olunan aksiya zamanı Almaniya qanunvericilinə zidd olan PKK simvolikası,  təşkilatın başçısı Abdulla Ocalanın portretlərinin  nümayiş etdirilməsinə göz yumublar. PKK başçılarından biri isə aksiyada çıxış edərək terroru tərifləyib”, – deyə məlumatda bildirilir.  

Türkiyə XİN-in məlumatında qeyd olunub ki, Almaniya tərəfi bu cür aksiyaların keçirilməsinə icazə verməyəcəyini vəd etdikdən sonra bu həmin ölkə ərazisində artıq ikinci analoji tədbirdir: “Terrorla mübarizədə Almaniyanın nümayiş etdirdiyi bu cür ikili standartlar terrorla qlobal mübarizə fonunda böyük narahatlıq doğurur. Biz Almaniyanı onunla hərtərəfli mübarizə aparmaq prinsipinə əməl etməyə çağırırır”.   

APA