XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2017 - 13:48

Tramp geri çəkildi –ABŞ Paris müqaviləsinə qayıdır

ABŞ Paris iqlim müqaviləsindən çıxmaq ideyasından imtina edib.

Bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb.

Qəzet ABŞ-ın bu müqavilədə özünə aid şərtləri dəyişdirməklə qalacağını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 1-də ölkəsinin Paris iqlim müqaviləsindən çıxdığını bildirmişdi. Tramp bu müqaviləni biabırçılıq adlandırmış və ABŞ maraqlarına böyük təhdid olacağını söyləmişdi/Axar.az.